
Bakı. Trend:
Rusiya 9 ay fasiləsiz idxaldan sonra iyul ayından etibarən
Gürcüstandan kartof alışını dayandırıb.
Trend-in Gürcüstan
mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya ötən ilin
oktyabrından Gürcüstandan müntəzəm olaraq kartof idxal edib.
İdxal həcmi bu ilin aprel ayında pik nöqtəyə çatsa da, sonrakı
aylarda tədricən azalmağa başlayıb. İyul ayında isə Gürcüstanın
müvafiq qurumu Rusiyaya kartof ixracı barədə heç bir məlumat təqdim
etməyib.
Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik Rusiyada cari ildə
daha yaxşı kartof məhsulu gözləntiləri ilə bağlı ola bilər.
Bildirilir ki, 2025-ci ilin müvafiq dövründə Rusiyada kartof
yığımının həcmi ötən illə müqayisədə 36 faiz artaraq 240 min tona
çatıb.

