
Bakı. Trend:
“Telegram” messencerinin həmtəsisçisi Pavel Durov bir il əvvəl
Fransada baş vermiş həbsi hüquq-mühafizə orqanlarının səhvi kimi
dəyərləndirib.
Trend xəbər verir
ki, Durov bu barədə ingilis dilində “Telegram” kanalında paylaşım
edib.
“İroni ondadır ki, mən Fransa polisinin öz səhvi ucbatından həbs
olundum: 2024-cü ilin avqustuna qədər onlar Fransa və Aİ
qanunlarını nəzərə almadılar və tələb olunan hüquqi prosedur
vasitəsilə öz tələblərini “Telegram”a təqdim etmədilər”, – deyə o
bildirib.
Onun sözlərinə görə, bir ildən sonra aparılan istintaq nə
Durovun, nə də “Telegram”ın günahını üzə çıxara bilib: “Bizim
moderasiya təcrübələrimiz sənaye standartlarına uyğundur və
“Telegram” həmişə Fransadan gələn bütün qanuni tələblərə cavab
verib”.
Durov əlavə edib ki, həbsinin yeganə nəticəsi Fransanın “azad
ölkə” imicinə ciddi ziyan vurması olub. O həmçinin qeyd edib ki,
hələ də hər 14 gündən bir Fransaya qayıtmağa məcburdur və
apellyasiya gününün təyin edilməsini gözləyir.