
Bakı. Trend:
“Santos”un hücumçusu Neymar zədə səbəbindən Braziliya millisinin
qarşıdakı oyunlarında iştirak etməyə bilər.
Trend-in
məlumatına görə, bu barədə “O Globo” nəşri xəbər yayıb.
Bildirilir ki, futbolçu cümə axşamı məşq zamanı zədələnib və
daha sonra yalnız idman zalında fərdi məşqlərlə kifayətlənib. Artıq
“Santos” rəhbərliyi oyunçunun durumuna dair Braziliya millisinin
həkim heyətini məlumatlandırıb.
Xatırladaq ki, Neymar 2023-cü ilin oktyabrından etibarən milli
komandada çıxış etmir. Braziliya yığması dünya çempionatının seçmə
mərhələsində sentyabrın 5-də Çili, 10-da isə Boliviya ilə üz-üzə
gələcək.