
Bakı. Trend:
Britaniyalı təlimatçılar 2026-cı ildə də Ukrayna Silahlı
Qüvvələrinin hazırlığına davam edəcək.
Trend xəbər verir
ki, bu barədə Böyük Britaniyanın Hərbi Departamentinin
açıqlamasında deyilir.
Məlumata görə, “İnterfleks” əməliyyatı – Ukraynalı hərbçilərin
Britaniya Kral Hərbi Hava Qüvvələrinin standartlarına uyğun
hazırlanması proqramı – ən azı 2026-cı ilin sonuna qədər uzadılıb.
Bu barədə müdafiə naziri Con Hil bəyan edib.
 
Nazir bildirib ki, 2022-ci ilin əvvəlindən etibarən proqram
çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin 50 mindən çox yeni
çağırışçısı “həyati vacib döyüş bacarıqları” ilə təmin olunub.
Beş həftədən yeddi həftəyə qədər uzadılan təlimlər əsasən Böyük
Britaniyada həyata keçirilir.


 
						 
						