
Bakı. Trend:
Almaniya ABŞ və Avropa İttifaqı ilə mövcud ticarət sazişindən
kənara çıxmalı və yaxın illərdə yeni ticarət tərəfdaşları
tapmalıdır.
Trend-in
məlumatına görə, bunu Almaniya kansleri Fridrix Merts Berlində
keçirilən “Açıq qapı” günündə bildirib.
“Məsələn, amerikalılar artıq Ümumdünya Ticarət Təşkilatının
qaydaları ilə oynamağa hazır deyilsə, biz qlobal ticarəti necə
idarə edə bilərik? Biz dünyada bizim fikirlərimizi bölüşən
tərəfdaşlar axtarmalıyıq”, – deyə Merts vurğulayıb.
Kansler bildirib ki, yeni ticarət imkanları Cənubi Amerika,
Asiya və Afrikada açıla bilər və bu əməkdaşlıq qarşılıqlı faydalı
olmalıdır.

