
Bakı. Trend:
Suriya və İsrail nümayəndə heyətləri təhlükəsizlik tədbirləri
ilə bağlı ikitərəfli sazişin hazırlanması üzrə danışıqlarda
irəliləyiş əldə ediblər.
Trend xəbər verir
ki, bu barədə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti
Əhməd Əl Şaraa Dəməşqdə ərəb mediasının nümayəndələri ilə görüşündə
bildirib.
Onun sözlərinə görə, müzakirə olunan razılaşma İsrail və Suriya
qüvvələrinin 1974-cü ildə Qolan təpələrində müəyyən edilmiş ayırma
xəttinə geri dönməsini nəzərdə tutacaq.
Əl Şaraa həmçinin Yaxın Şərq ölkələri arasında iqtisadi
inteqrasiyanın vacibliyini vurğulayıb və Suriya ilə regionun
maraqlarına uyğun istənilən qərarı qəbul etməkdən və ya razılaşmanı
təsdiqləməkdən çəkinməyəcəyini bildirib.

