
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Merilend ştatının qubernatoru Ues
Murdan cinayətlə mübarizə üçün ştata qoşun göndərməyi xahiş
edib.
Trend xəbər verir
ki, bu barədə Tramp öz “Truth Social” səhifəsində məlumat
verib.
“Əgər Ues Mur Los-Ancelesdə Qevin Nyusom kimi köməyə ehtiyac
duyarsa, mən qonşu Vaşinqtonda etdiyim kimi ‘qoşunlar’ göndərəcəyəm
və cinayətdən tez bir zamanda xilas olacağam”, – deyə Tramp
bildirib.
O qeyd edib ki, Merilend ştatının Baltimor şəhəri ölkədə
qətllərin sayına görə dördüncü yerdədir.
Bundan əvvəl “The Washington Post” xəbər vermişdi ki, ABŞ
Müdafiə Nazirliyi şəhərdə asayişi qorumaq üçün Çikaqoya (İllinoys
ştatı) bir neçə min əsgər göndərməyi planlaşdırır. Qəzet yazır ki,
bu model gələcəkdə ölkənin digər iri şəhərlərində də tətbiq oluna
bilər.

