
Bakı. Trend:
Amerikanın “SpaceX” şirkəti avqustun 24-nə planlaşdırılan 10-cu
sınaq uçuşunda “Starship” kosmik gəmisinin prototipi daşıyan
daşıyıcı raketin buraxılışını texniki nasazlıqlar səbəbindən ləğv
edib.
Trend xəbər verir
ki, buraxılış Texasdakı Starbase kosmodromundan Şərq vaxtı ilə saat
19:30-da (Bakı vaxtı ilə 02:30) planlaşdırılmışdı.
“Biz yer sistemləri ilə bağlı problemləri həll etmək üçün vaxt
vermək məqsədilə bugünkü Starship uçuşunu ləğv edirik”, – deyə
şirkət X sosial şəbəkəsində bildirib.
Yeni buraxılış tarixi ilə bağlı hələlik məlumat verilməyib.