Sorğu: Britaniyalıların 71%-i hökumətin qeyri-qanuni miqrasiyaya münasibətindən narazıdır

Baş səhifə

Britaniyalıların 70%-dən çoxu hesab edir ki, baş nazir Kir Starmerin rəhbərlik etdiyi hökumət qeyri-qanuni miqrantların otellərdə yerləşdirilməsi ilə bağlı yaranmış böhranın həllində zəif iş görür.

“Report” xəbər verir ki, bunu YouGov-un avqustun 20-21-də keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Sorğuda iştirak edən 2,15 min nəfərin 71%-i hazırkı hakimiyyət orqanlarının bu sahədə mövcud vəziyyətin həlli istiqamətində zəif iş gördüyü qənaətində olduğunu bildirib.

Respondentlərin 11%-i əks fikirdədir və yalnız 9%-i hesab edir ki, hakim Leyboristlər Partiyası qeyri-qanuni miqrasiya probleminin öhdəsindən ən yaxşı şəkildə gələ bilər.

Britaniyalıların çoxu – 31%-i hesab edir ki, sağçı populist “Reform UK” partiyası bu sahədə mövcud vəziyyəti effektiv şəkildə düzəltməyə ən qadirdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir