
Bakı. Trend:
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Sindi
Makkeyn Qəzza zolağındakı vəziyyəti “fəlakətli” adlandırıb.
Trend xəbər verir
ki, o, bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində
danışıb.
“Vəziyyət fəlakətlidir. Orada çox ciddi qida çatışmazlığı var,
insanlar aclıqdan ölür”, – deyə Makkeyn bildirib.
Onun sözlərinə görə, ÜƏP Qəzzanın ehtiyac duyduğu ərzaqları
təmin edə biləcək ən böyük və yeganə təşkilatdır, lakin humanitar
səylər İsrailin hərbi əməliyyatları ilə əngəllənir.
Qeyd edək ki, martın 2-dən etibarən Qəzzaya beynəlxalq humanitar
təşkilatlar və BMT agentliklərindən ərzaq yardımı dayandırılıb.

