Londonun Notting-Hill karnavalında ilk gündə 140 həbs

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Notting-Hill
karnavalının ilk günü 140 nəfər həbs olunub. Bu göstərici ötən illə
müqayisədə 40% çoxdur.

Trend xəbər verir
ki, məlumatı “Daily Mail” yayıb.

Qanun pozuntuları arasında polis əməkdaşlarına hücumlar, silah
və narkotik vasitələrin saxlanması, həmçinin cinsi xarakterli
cinayətlər yer alıb.




Polis idarəsinin açıqlamasında bildirilib:
“Biz insidentlərin sayında artım qeydə alırıq, lakin təhlükəsizliyi
təmin etmək üçün bütün mümkün tədbirləri görməyə davam
edəcəyik.”

Məlumata görə, həbs edilənlərdən 15 nəfər polis əməkdaşlarına
hücumda ittiham olunur. Əlindən xəsarət alan bir zabit isə
xəstəxanaya yerləşdirilib.