Azad edilən ərazilərdə 5000 çox abonent internetlə təmin olunub

Baş səhifə

Bakı.Trend:

Azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinin tərkib
hissəsi kimi, məskunlaşma olan yaşayış məntəqələri və biznes
subyektlərinə, GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə)
texnologiyasının tətbiqi ilə yüksəksürətli internetlə yanaşı,
“internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və
“internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri də
“Aztelekom” MMC tərəfindən təmin olunur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Aztelekom” MMC-dən
məlumat verilib.

Bildirilib ki, telekommunikasiya xidmətlərinin genişləndirilməsi
sakinlərin gündəlik həyatına rahatlıq gətirməklə yanaşı, bölgədə
həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin icrasına da
mühüm dəstək verir.




Qeyd edilib ki, 31 iyul 2025-ci il tarixinə olan məlumata
əsasən, həmin ərazilərdə ümumilikdə xidmətlərimizdən istifadə edən
5 mindən çox abunəçi mövcuddur və istəkdən asılı olaraq onlar
“Aztelekom”un təklif etdiyi Telefoniya və İP TV xidmətlərindən də
yararlana bilirlər.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı”na əsasən, qarşıda dayanan prioritet
məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə
telekommunikasiya sahəsinin inkişafıdır.