Qəbələdə fındıq bağında çətənə kolu yetişdirən şəxs həbs olunub

Baş səhifə

Bakı.Trend:

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,
tədbirlərlə 50 yaşlı Nəcəf Alxasov saxlanılıb. Ona məxsus fındıq
bağında kultivasiya edərək yetişdirdiyi 107 ədəd çətənə bitkisi
aşkar olunub. N.Alxasov çətənə kollarını satış məqsədilə əkdiyini
bildirib.




Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir