Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatları 28%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Gürcüstan arasında
ticarət əməliyyatlarının həcmi 464,8 milyon ABŞ dolları təşkil
edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 102,7 milyon ABŞ dolları və ya 28,4% çoxdur.

Hesabat dövründə Gürcüstan ilə ticarət əməliyyatları
Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,61%-i həcmində olub.
Bununla da Gürcüstan Azərbaycanın ən çox ticarət əməliyyatları
apardığı ölkələr sırasında 10-cu yerdə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 382,2
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 75,4 milyon ABŞ dolları və ya 24,6%
çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Gürcüstandan
Azərbaycana 82,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları
icra olunub ki, bu da illik müqayisədə 27,3 milyon ABŞ dolları və
ya 49,5% artım deməkdir.




Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində
Azərbaycandan Gürcüstana 183,5 milyon ABŞ dolları dəyərində
qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk yeddi
ayı ilə müqayisədə 48 milyon ABŞ dolları və ya 35,4% çoxdur.

Hesabat dövründə Gürcüstana qeyri-neft məhsullarının ixracı
Azərbaycanın ümumi ixracında 8,79% paya sahib olub. Bununla da
sözügedən ölkə Azərbaycandan 4-cü ən çox qeyri-neft məhsulları alan
ölkə olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan
xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%
çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,
13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik
ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.