
Bakı. Trend:
Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir sıra
ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Trend
xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil
müəssisələrinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə
təmin olunması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı
İdarəsinin (ETSİ) ərazisində avqustun 25-də 184 saylı orta məktəbi
qidalandıran 6 kV-luq hava xəttində təmir-bərpa işləri
aparılacaq.
“Həmçinin iri gövdəli ağacların naqillərə toxunan budaqlarının
budanması həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat
11:00-dan 14:00-dək Biləcəri qəsəbəsi Abbas Səhhət, Vidadi küçəsi
50/57_ 68 məhəllə və ətrafında olan fərdi yaşayış evlərində
elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər
yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik
enerjisi ilə təmin olunacaq”,- deyə əlavə edilib.