
Şəki rayonunda 11 yaşlı uşaq ürək çatışmazlığından ölüb.
“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Cumakənd kəndində baş verib.
Kənd sakini, 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayev halı pisləşdiyi üçün yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ürək çatışmazlığından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

