Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq.

Trend xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat
yayıb.




Bildirilib ki, Lənkəran rayonu ərazisində yerləşən daşıyıcı
yeraltı orta təzyiqli qaz xəttinin kipliyinin sınaqdan keçirilməsi
məqsədilə Rvo, Narbağı, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan,
Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri
daxil olmaqla, ümumilikdə 13 yaşayış məntəqəsində yaşayan təxminən
5000 abonentin qaz təchizatının 26.08.2025-ci il tarixində saat
10:00-dan işlər sona çatanadək müvəqqəti dayandırılması
planlaşdırılır.

“Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və
təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyinizi xahiş edirik”,-
deyə məlumatda qeyd edilib.