
Bakı. Trend:
Kəlbəcər rayonunda DOST məntəqəsi fəaliyyətə başlayıb.
Trend
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni məntəqə Kəlbəcərə köçürülən sakinlərə dövlət
sosial xidmətlərinə rahat çıxış əldə etməyə imkan yaradacaq.
“Həmçinin onlara sosial xidmətlərin “bir pəncərə”dən, müasir və
çevik, tam şəffaf mexanizmlər əsasında, vətəndaş məmnunluğuna uyğun
göstərilməsinə imkan verir.
Bildirilib ki, Kəlbəcər DOST məntəqəsi mobillik və
konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib.
Burada eyni zamanda məşğulluq xidmətlərinin, habelə KOBİA
əməkdaşları tərəfindən xidmətlərin göstərilməsi, gün ərzində orta
hesabla 120-dək vətəndaşın qəbulu nəzərdə tutulur”,- deyə əlavə
edilib.

