Premyer Liqasda II tura yekun vurulacaq

Baş səhifə

Misli Premyer Liqasında II tura bu gün yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, sonuncu oyunda “Qəbələ” “Zirə”ni qəbul edəcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 19:00-da start götürəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq.

Paytaxt təmsilçisi ilk turda “Araz-Naxçıvan”la, “qırmızı-qaralar” isə “Karvan-Yevlax”la 1:1 hesablı heç-heçə edib.

Misli Premyer Liqası

1-ci dövrə, II tur

25 avqust

19:00. “Qəbələ” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.

VAR: Fərid Hacıyev.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə qolsuz bərabərə qalıb. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2), “Sabah” “Şamaxı”nı, “Araz-Naxçıvan” “Turan Tovuz”u (hər ikisi 2:1) məğlub edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir