
Bakı.Trend:
Bu ilin 6 ayında Azərbaycana ən çox gələn əcnəbi turistlər
Rusiya vətəndaşlarıdır.
Trend xəbər
verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Belə ki, bu ilin 6 ayında Azərbaycana 314.6 min Rusiya vətəndaşı
gəlib. Siyahıda Rusiyanı 213.8 min nəfərlə Türkiyə, daha sonra isə
114.4 min nəfərlə Hindistan izləyir.
Sonrakı ölkələr isə sıra ilə İran, Gürcüstan, Qazaxıstan,
Səudiyyə Ərəbistanı, Pakistan, Çin və Özbəkistandır.