Azərbaycanda bentonit istehsalı 58%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 172,7 min ton
bentonit istehsal olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 63,5 min ton və ya 58,2% çoxdur.




Cari ilin avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 206,3
min ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 2025-ci ilin yanvar-aprel ayları
ərzində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,1
milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7%
azalıb.