Masallıda qazın verilişi dayandırılıb

Baş səhifə

Bakı. Trend:

Masallı rayonunun bəzi ərazilərində qazın verilişi
dayandırılıb.

Trend xəbər verir ki, bu barədə
Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat
yayıb.




Bildirilib ki, Masallı rayonu Alvadı qaz paylayıcı
stansiyasından sənaye obyektlərini qidalandıran orta təzyiqli qaz
xəttinin Binə Xocavar kəndi qarşısından keçən hissəsində korroziya
nəticəsində yaranmış sızma ilə əlaqədar, qaz verilişi saat
10:40-dan dayandırılıb.

“Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və
təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyinizi xahiş edirik”,-
deyə məlumatda qeyd edilib.