Formula 1-lə əlaqədar əcnəbilər üçün viza prosedurları sadələşdirilib

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə
əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı
Sərəncam imzalayıb.

1. Müəyyən edilsin ki, 2025-ci ildə Bakı şəhərində keçiriləcək
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu
Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini
təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2025-ci il
avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab
edilsin:

2.1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan
“Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil
Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan
keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan
keçməni təsdiq edən digər sənəd;

2.2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan
keçməni təsdiq edən akkreditasiya kartı;

2.3. 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına
bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını
təsdiq edən sənəd.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı
ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının
sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə,
Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq
orqanlarına məlumat versin;

3.2. 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı
ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının
sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı
barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının
xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet
informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya
şirkətlərinə 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1
yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının
sadələşdirilməsi barədə məlumat versin.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir