
Bakı. Trend:
2025-ci ilin I yarısında elmi dərəcələrin verilməsi və ya
verilməsindən imtina edilməsi ilə bağlı statistika açıqlanıb.
Trend
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
Bildirilib ki, bu dövrdə ümumilikdə 285 nəfərə fəlsəfə doktoru, 51
nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilib.
Eyni zamanda, 141 nəfərin fəlsəfə doktoru, 14 nəfərin isə elmlər
doktoru elmi dərəcəsi almaqla bağlı müraciəti müsbət
qiymətləndirilməyib.
Ən çox fəlsəfə doktoru dərəcəsi alan sahələr sırasında
filologiya elmləri (52 nəfər), iqtisad elmləri (46 nəfər), tibb
elmləri (32 nəfər) və texnika elmləri (27 nəfər) yer alıb. Elmlər
doktoru üzrə isə filologiya elmləri (8 nəfər), tibb elmləri (7
nəfər) və texnika elmləri (7 nəfər) üstünlük təşkil edib.
Beləliklə, 2025-ci ilin ilk yarısında ümumilikdə 336 nəfərə elmi
dərəcə verilib, 155 nəfərin isə müraciəti qəbul edilməyib.