Norveçin Baş naziri Ukraynaya səfər edib

Baş səhifə

Norveçin Baş naziri Yonas Gar Störe Ukraynaya səfər edib

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün “X” platformasında məlumat verib.

Sibiqa Norveç Baş nazirini Kiyevdə dəmiryolu vağzalında qarşılayıb.

Ukrayna xarici işlər naziri, həmçinin bildirib ki, Störenin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqları planlaşdırılıb.

Sibiqa Norveçi Ukraynanın ən yaxın müttəfiqlərindən biri adlandırıb və əlavə edib ki, bu səfər “xalqımıza həmrəylik və dəstəyin güclü bir nişanəsidir”.

Qeyd edək ki, Almaniyanın vitse-kansleri Lars Klinqbayl da bugün Kiyevə səfər edib.