
Bakı. Trend:
Azərbaycanda imtiyazlı əhali qrupuna aid olan xəstələrin
təminatı məqsədilə dərman vasitələri alınacaq.
Trend-in
məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin
(TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi
şəxsi bununla bağlı müvafiq işlərə başayıb.
Qurum hazırda dərman vasitələrini təhvil verəcək şirkəti
müəyyənləşdirməkdədir.
Eyni zamanda qurum dərman vasitələrinin satın alınmasının 13,4
milyon manata başa gələcəyini proqnozlaşdırıb.