
Bakı.Trend:
Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin
Bakıda keçiriləcək cavab oyunu (ilk oyun – 3:1) öncəsi “Qarabağ” və “Ferentsvaroş” klublarının baş məşqçilərinin mətbuat
konfranslarının vaxtı açıqlanıb.
Trend xəbər
verir ki, sabah saat 13:30-da Tofiq Bəhramov stadionunda Qurban
Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 18:00-da Ağdam
klubunun “Azərsun Arena” stadionunda son məşqi olacaq.
Macarıstan çempionunun baş məşqçisi Robbi Kin saat 20:00-da
Tofiq Bəhramov adına stadionda jurnalistlərlə görüşəcək.
“Ferentvaroş”un Bakıda oyunöncəsi son məşqi planlaşdırılmayıb.
“Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov
adına stadionda keçiriləcək və görüşə saat 20:45-də start
veriləcək.