İsrail “Hizbullah”ın tərk-silah edilməsi səylərində Livanı dəstəkləməyə hazırdır

Baş səhifə

İsrail “Hizbullah” hərəkatının tərk-silah edilməsi səylərində Livan hökumətini dəstəkləməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisindən bildirilib.

“İsrail “Hizbullah”ın tərk-silah edilməsi səylərində Livanı dəstəkləməyə və hər iki ölkənin daha təhlükəsiz və sabit gələcəyi naminə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edir. Bu, tərk-silah prosesinin həyata keçirilməsi üçün Livan Silahlı Qüvvələrinin (LAF) zəruri addımlar atacağı təqdirdə baş verəcək”, – məlumatda qeyd olunub.