
Azərbaycan Badminton Federasiyasında yeni təyinat olub.
Bu barədə “Report”a qurumdan məlumat verilib.
Əjdər Cəfərov Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin edilib.
Cəfərov Əjdər Xosrov oğlu 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.