
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və “Ferentsvaroş” arasında Bakıda keçiriləcək cavab oyununu idarə edəcək hakimlər bəlli olub.
Metbuat.az xəbər verir ki, görüş fransalı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi FIFA referisi Klément Turpin olacaq.
Qarşılaşma avqustun 27-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Xatırladaq ki, Macarıstanda oynanılan ilk görüşdə “Qarabağ” rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.