Azərbaycanda tikinti kərpici istehsalı 8% artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 383,4 min kubmetr
tikinti kərpici istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə
müqayisədə tikinti şüşəsinin istehsal həcmi 8,3% və ya 29,3 min
kubmetr artıb.




Cari ilin avqustun 1-nə hazır məhsul ehtiyatı 10,1 min kubmetr
təşkil edib.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı
sahəsində 2025-сi ilin yanvar-iyul aylarında istehsalın ümumi
dəyəri 782,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 5,8 faiz azalıb.