
Bakı.Trend:
Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin
84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Bildirilib ki, İşğaldan azad olunmuş ərazilərdə dəmiryol
infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin
84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb. Hazırda
xəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularının
inşası aparılır.
Qeyd edilib ki, layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli,
Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd
stansiyalarının tikintisi nəzərdə tutulur. Bundan başqa, dəmir yolu
xətti boyunca 40 körpünün, 26 avtomobil keçidinin, 4 tunelin, 3
qalereyanın, istinad divarlarının – ümumilikdə 553 mühəndis
qurğusunun tikintisi həyata keçiriləcək.