“Qarabağ”ın Macarıstan klubu ilə cavab oyununun hakimləri açıqlandı

Baş səhifə

Bakı. Trend:

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində
cavab oyununun hakimləri müəyyənləşib.

Trend UEFA-nın
rəsmi saytına istinadən xəbər verir ki, Bakıda Macarıstanın
“Ferensvaroş” klubu ilə keçiriləcək görüşə Fransadan olan ədalət
təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Kleman Türpen idarə edəcək. Baş hakimin köməkçiləri
Nikolya Danos və Aleksis Orjie olacaqlar. Dördüncü hakim
funksiyasını Romen Lissorq yerinə yetirəcək.




VAR hakimi Jerom Brizar, onun köməkçisi isə Nikolya Renvil
olacaq.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika
Stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” oyunu saat
20:45-də start götürəcək. İlk matçda Ağdam təmsilçisi rəqibinə 3:1
hesabı ilə qalib gəlib.