Binəqədidə qaz verilişi dayandırılıb

Baş səhifə

Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, qedy olunan səbəbdən 25.08.2025-ci il tarixdə saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb.

Məlumata görə, hal-hazırda təmir-bərpa işləri aparılır. Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir