Binəqədidə qaz təchizatı dayandırılıb

Baş səhifə

Bakı.Trend:

Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən
qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

Trend xəbər
verir ki, bu barədə Azəriqaz İB məlumat yayıb.




Bildirilib ki, bu səbəbdən 25.08.2025-ci il tarixdə saat
10:15-dan etibarən qaz təchizatı dayandırılıb. Hal-hazırda
təmir-bərpa işləri aparılır.

Qeyd edilib ki, Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin,
Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin
bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir