
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında
ticarət əməliyyatlarının həcmi 282,5 milyon ABŞ dolları təşkil
edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 1,7 milyon ABŞ dolları və ya 0,6% çoxdur.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Ukraynaya 119,7
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Ukraynadan
Azərbaycana 82,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları
icra olunub ki, bu da illik müqayisədə 1,2 milyon ABŞ dolları və ya
0,7% azalma deməkdir.
Bundan başqa, 2025-ci ilin yanvar-iyul ayları ərzində
Azərbaycandan Ukraynaya 109,9 milyon ABŞ dolları dəyərində
qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk yeddi
ayı ilə müqayisədə 48,6 milyon ABŞ dolları və ya 1,8 dəfə
çoxdur.
Hesabat dövründə Ukraynaya qeyri-neft məhsullarının ixracı
Azərbaycanın ümumi ixracında 5,26% paya sahib olub. Bununla da
sözügedən ölkə Azərbaycandan 5-ci ən çox qeyri-neft məhsulları alan
ölkə olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan
xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%
çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,
13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik
ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

