“Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 109- a çatdırdı

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan
“Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq,
həmçinin, təlabatın artması və çoxsaylı təklifləri nəzərə alaraq,
avqust ayının 25-i Gəncə şəhəri, Kəpəz rayonu Şah İsmayıl Xətai
pr.96 ünvanında “Azpetrol” Gəncə Mərkəz-2 yanacaqdoldurma
məntəqəsini istismara verib. Beləliklə, “Azpetrol” şirkəti
yanacaqdoldurma məntəqələrinin sayını 109- a çatdırdı.

Xatırladaq ki, “Azpetrol” şirkətinin ilk yanacaqdoldurma
məntəqəsi – “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi
rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.

Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə
etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 109 yanacaqdoldurma
məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai
nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir
standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı,
yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası,
yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma
məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 143 yanacaq
daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur.




Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış
təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 24
elektromobillərin enerji ilə doldurulma postu, 1 hotel, 8 motel,
eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər
məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət
göstərir. Həmçinin “Azpetrol”un Azərbaycanın ən iri
işəgötürənlərindən biri olduğunu xüsusi ilə qeyd etmək vacibdir.
Belə ki, hazırda şirkətdə çalışan işçilərin ümumi sayı 4000 nəfərə
yaxındır. Azpetrol şirkəti daim inkişaf edir və göstərdiyi
xidmətlərin keyfiyyətini və çeşidlərini artırır.

Azpetrol – Daim inkişafa doğru!