Qarabağda tikinti sürətlənir: yeni evlərin sahəsi ötən ildən 2,7 dəfə artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun ayları ərzində Qarabağ iqtisadi rayonunda
istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 43 102 kvadrat
metr təşkil edib.

Trend-in
Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, 2024-cü
ilin eyni aylarındakı göstərici ilə müqayisədə 27,3 min kv. metr və
ya 2,7 dəfə çoxdur.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda bu ilin
ilk 6 ayında 13,380 min kv.metr yaşayış sahəsi (2,6 dəfə çox),
Ağdam rayonunda 4,702 min kv.metr yaşayış sahəsi (4,6 dəfə çox),
Bərdə rayonunda 13,520 min kv.metr yaşayış sahəsi (2,5 dəfə çox),
Füzuli rayonunda 5,992 min kv.metr yaşayış sahəsi (2,9 dəfə çox),
Tərtər rayonunda 5,508 min kv.metr yaşayış sahəsi (2,5 dəfə çox)
istifadəyə verilib.




Hesabatda Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və Şuşa
rayonlarında istifadəyə verilən yaşayış evlərinin sahəsi üzrə
məlumat verilməyib.

Cari ilin yanvar-iyun aylarında Qarabağ iqtisadi rayonuna
yatırılan 8,579 milyard manatlıq investisiyanın 97,3%-i və ya 8,351
milyard manatı tikinti-quraşdırma işlərinə yönəldilib.

Qeyd edək ki, bu ilin ilk 6 ayında Azərbaycanda bütün mülkiyyət
növləri üzrə 1,830 milyon kv.metr yaşayış evi istifadəyə verilib
ki, bu da bir il öncəki göstəricidən 1,128 milyon kv. metr və ya
2,6 dəfə çoxdur. Bunun 90,2%-ni və ya 1,651 milyon kv.metrni fərdi
yaşayış və bağ evləri təşkil edib. Hesabat dövründə istifadəyə
verilmiş yaşayış evlərinin 6,645 min kv. Metri dövlət müəssisələri
tərəfindən, 1,730 milyon kv.metri isə qeyri-dövlət müəssisələri
tərəfindən inşa edilib.