Birinci yarımildə Azərbaycanda tikilən evlərin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda ümumi sahəsi
1,830 min kvadrat metr olan 12 955 ədəd yaşayış evi tikilərək
istifadəyə verilib.

Trend-in
Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ötən ilin
müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 7 751 ədəd və ya
2,5 dəfə artıb.




Belə ki, 2024-cü ilin ilk 6 ayında ölkədə ümumi sahəsi 702 910
kvadrat metr olan 5 204 ədəd yaşayış evi tikilib istifadəyə
verilmişdi.

Cari ilin ilk 6 ayı ərzində mənzillərin 10 814 ədədi əhali
tərəfindən, 69 ədədi dövlət müəssələri tərəfindən, 2 072 ədədi isə
qeyri-dövlət müəssələri tərəfindən tikilərək istifadəyə
verilib.