Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Baş səhifə

Bakı.Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının
əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə
müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin
qarşısı alınıb.əbər verir

Trend xəbər
verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun
üzərinə baxış keçirilən zaman 2 ədəd sellofan bükülüdə çəkisi 8,212
qram heroin və 4,873 qram metamfetamin aşkar olunub.




Məlumatda bildirilib ki, faktla bağlı araşdırma aparılır.

“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya
ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha
vətəndaşların diqqətinə çatdırılır”-məlumatda deyilir.