
Azərbaycan Mərkəzi Bankı (AMB) “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə icrası məcburi göstəriş verib.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, “Capital Partners” “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl etməyib. Odur ki, investisiya şirkətinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.