
Bakı.Trend:
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük
postunda 200 avtomobil gözləyir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə
olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük
postunda 18, Mazımqara gömrük postunda 10, Samur gömrük postunda 74
yük maşını var.
Eyni zamanda, Biləsuvar gömrük postunda gözləyən avtomobillərin
sayı isə 75-dir.
Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil
yoxdur.

