
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Capital Partners
İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edilib.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış
tematik yoxlamalar çərçivəsində “Capital Partners İnvestisiya
Şirkəti” QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ
idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə
İnvestisiya şirkətinə xəbərdarlıq edilib və pozuntuların ən qısa
zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib”,
– deyə məlumatda vurğulanıb.