“Neftçi” xorvatiyalı basketbolçu ilə anlaşıb

Baş səhifə

“Neftçi” basketbol komandası daha bir legionerin transferini rəsmiləşdirib.

Bu barədə “Report”a paytaxt təmsilçisindən məlumat verilib.

Xorvatiyalı basketbolçu Toni Perkoviç növbəti mövsümdə komandamızın şərəfini qoruyacaq.
İyirmi yeddi yaşlı, 1.91 m boya malik müdafiəçi 2016–2019-ci illərdə Xorvatiyanın tanınmış “Cedevita” klubunda çıxış edib. O, həmçinin karyerası ərzində “Split” və “Orleans” klublarının uğurları üçün çalışıb. Son mövsümünü isə İtaliyanın “Forli” klubunda keçirib.
Qeyd edək ki, Toni Perkoviç Xorvatiya millisinin heyətində də çıxış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir