Dövlət Məşğulluq Agentliyi daha 900 şəxsi peşə hazırlığına cəlb edib

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi tərəfindən bu günlərdə daha 900 şəxs
peşə hazırlığı kurslarına cəlb olunub.

Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, onlardan 334 nəfəri üçün Agentliyin Peşə
Hazırlığı Mərkəzlərində, 566 nəfəri üçün isə özəl tədris
müəssisələrində peşə kursları təşkil edilib.




“İşəgötürənlərlə əməkdaşlıq şəraitində və əmək bazarının
tələblərinə uyğun istiqamətlər üzrə təşkil olunan kurslarda
müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur.

Peşə kurslarını uğurla başa vuran şəxslərin işlə təminatına da
dəstək göstəriləcək”,- deyə əlavə edilib.