Qəbələdə avtoqəza olub, ölən və xəsarət alanlar var

Baş səhifə

Qəbələ rayonunda avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var.

“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qəbələ şəhəri ərazisində qeydə alınıb.

Belə ki “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Həmçinin, digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”-da olan sərnişinlər xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir