Tufandağ buzlağında ərimə sürətlənib

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların
İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin və ETSN
yanında Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərindən
ibarət 18-23 avqust 2025-ci il tarixlərdə Böyük Qafqazın şimal-şərq
yamacında Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağına birgə
ekspedisiya təşkil edilib.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən
Trend-ə verilən
məlumata görə, tədqiqat zamanı buzlaqların koordinatları, dəniz
səviyyəsindən olan hündürlükləri, ekspozisiyası və fotoşəkilləri
(buzlaqlar yerləşən dərələrin təsviri, yamaclara görə yeri, ümumi
istiqaməti, dərinliyi və dikliyinin təsviri, buzlaq səthinin
relyefi üzərindəki çatlar, onların istiqaməti və ölçüləri, buzlaq
üzərində moren örtüyü, buzlaq dilinin vəziyyəti, quruluşu və s.)
götürülüb.




Aparılan tədqiqatlar nəticəsində buzlağın sahəsində həm azalma,
həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində əmələ
gəlmiş çatların sayının artması və ölçülərinin genişlənməsi
müşahidə olunub. 3500-3800 metr yüksəklikdə aparılmış tədqiqatlar
nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma,
həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan
çatların sayının və ölçüsünün artdığı, buzlaq dilindən çıxan
Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən
olunub. Bu isə bir daha qlobal iqlim dəyişmələrinin təsiri
nəticəsəndə anomal istilər zamanı buzlaq üzərində əmələ gəlmiş
çatların ölçülərinin böyüyərək genişlənməsindən eyni zamanda ərimə
prosesi zamanı buzlaq dilinin yüksəkliyə doğru çəkilərək həcminin
azalmasından xəbər verir.

Qeyd edilib ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal
istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur.
Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal
istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə
dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı
buzlaqlardır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir