Türkiyənin xarici işlər naziri Hakan Fidan Ciddədə suriyalı həmkarı Əsəd Həsən Əl-Şaibani ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar sessiyası çərçivəsində baş tutub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT XİN başçılarının növbədənkənar iclası Türkiyə sədrliyində həyata keçirilir.
Minister of Foreign Affairs @HakanFidan met with Asaad Hassan Al-Shaibani, Minister of Foreign Affairs of the Syrian Arab Republic, on the margins of the Extraordinary Session of the Council of Foreign Ministers of the Organization of Islamic Cooperation (OIC), in Jeddah. pic.twitter.com/DCNclidXIl