Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır

Baş səhifə

Bakı. Trend:

29 avqust tarixində məktəbəqədər təhsil müəssisələrinə
tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı
mərhələsinə start veriləcək.

Trend xəbər verir ki, bu barədə İnsan Resursları
Mərkəzi məlumat yayıb.




Bildirilib ki, 5593 namizədin iştirakı planlaşdırılan müsabiqə
29 imtahan mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarix və
məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən
namizədlər imtahan binasına buraxılmayacaq.
Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir