Qarabağ Universitetinə qəbul olanlar arasında 600-dən yuxarı bal toplayan gənclərin sayı artıb

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumata əsasən, Qarabağ
Universitetinə qəbul olanlar arasında yüksək akademik göstəricilərə
malik tələbələrin sayı əvvəlki illə müqayisədə artıb.

Trend
xəbər verir ki, bu barədə universitet məlumat yayıb.




Bildirilib ki, bu il 600-dən yuxarı bal toplayan 127 nəfər
Qarabağ Universitetinin tələbəsi adını qazanıb.

Qeyd edilib ki, keçən il bu göstərici 101 nəfər olub.